Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib - FOTO
13 iyul 2012 15:21 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ilin birinci yarım ilində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib. ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Fizuli Ələkbərov müasir Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının bütün istiqamətlərində əldə etdiyi tarixi nailiyyətlərin miqyasının hər zaman genişləndiyini deyib: “2012-ci ilin birinci yarım ilində ölkədə ümumdaxili məhsul 1,5 faiz, o cümlədən yeni iş yerlərinin yaradılmasında mühüm əhəmiyyət kəsb edən qeyri-neft iqtisadiyyatı 11,3 faiz artıb”.

İclasda nazirlik tərəfindən görülən işlər barədə məlumat verilərək bildirilib ki, cari ilin 1 iyul tarixinə respublikada 634 491 nəfəri əhatə edən 142 886 ailənin hər birinə ayda orta hesabla 109,50 manat olmaqla ünvanlı yardım verilir. Ehtiyac meyarının məbləği isə 2006-cı ildəki 30 manatla müqayisədə son 6 ildə təxminən 3 dəfəyə qədər artırılaraq 84 manata çatdırılıb. İndi artıq 27 rayonda vətəndaşlar ünvanlı yardımı almaq üçün alternativ qaydada, yəni poçt və elektron qaydada müraciət etmək imkanına malikdir.

Yardımların təyinatında şəffaflığın artırılması, məmur-vətəndaş əlaqəsinin minimuma endirilməsi üçün yaradılan alternativ müraciət mexanizmləri cari ilin sonunadək bütün ölkədə tətbiq ediləcək. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticəsi olaraq, cari ilin 6 ayında 13 519 nəfər vətəndaş münasib işlə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683

Oxşar yazılar