1977 abiturieynt III və I qruplara keçiriləcək qəbul imtahanlarında iştirak edə bilməyəcək
13 iyul 2012 18:33 (UTC +04:00)

1977 abiturieynt III və I qruplara keçiriləcək qəbul imtahanlarında iştirak edə bilməyəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin III və I ixtisas qruplarına keçiriləcək qəbul imtahanlarında iştirak edə bilməyəcək abituriyentlərin sayını açıqlayıb.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, ali məktəblərin III ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin 832 nəfəri, I ixtisas qrupu üzrə isə 1145 nəfəri qəbul imtahanlarında iştirak edə bilməyəcək.

Belə ki, bu il ali məktəblərin III ixtisas qrupu üzrə 31663 nəfər sənəd verib. Onlardan 832 nəfəri rus bölməsi üzrə Azərbaycan dili imtahanından və buraxılış imtahanlarından kəsilib. İmtahana buraxılmayacaq III qrup abituriyentlərindən 485 nəfəri buraxılış imtahanlarından, 347 nəfəri isə rus bölməsi üzrə Azərbaycan dili imtahanından kəsilib.

Azərbaycan dili imtahanından kəsilən məzunların 10 nəfəri həm də buraxılış imtahanlarından kəsilən şəxslərdir. Məhz buna görə də III ixtisas qrupunda imtahanda iştirak edəcək şəxslərin sayı 30831 nəfərə enib.

I ixtisas qrupunasənəd verən 34678 abituriyentdən imtahanda yalnız 33533 nəfəri iştirak edə biləcək. İmtahana buraxılmayacaq 1145 nəfərdən 600 nəfəri rus bölməsi üzrə Azərbaycan dili imtahanından kəsilib, onlardan 32 nəfəri həm də buraxılış imtahanlarından kəsilib. 545 nəfəri isə buraxılış imtahanlarından kəsildiyinə görə I ixtisas qrupunun imtahanında iştirak edə bilməyəcək.

E. Nağızadə deyib ki, hazırda II və IV ixtisas qrupları üzrə də imtahanda iştirak edə bilməyəcək abituriyentlərin sayı dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar