Ədliyyə orqanlarına qəbul üçün test imtahanından keçənlərlə fərdi söhbət aparılacaq
13 iyul 2012 17:06 (UTC +04:00)

Ədliyyə orqanlarına qəbul üçün test imtahanından keçənlərlə fərdi söhbət aparılacaq

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı bu ilin iyun ayının 9-da keçirilən test imtahanının nəticələrinə görə uğur qazanan 109 nəfərin sənədlərinin toplanması və yoxlanılması başa çatıb. Lent.az-ın məlumatına görə, qanunvericiliyin tələblərinə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılıb.
Namizədlərlə Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət keçirilməsinə iyul ayının 20-dən başlanılması qərara alınıb. Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə qaydalara müvafiq olaraq söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
Qeyd edək ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanan namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar