“Abituriyent” jurnalının 3-cü sayı gələn həftə nəşr olunacaq
13 iyul 2012 12:14 (UTC +04:00)

“Abituriyent” jurnalının 3-cü sayı gələn həftə nəşr olunacaq

“TQDK tərəfindən gələn həftə “Abituriyent” jurnalının 3-cü sayı nəşr olunaraq abituriyentlərin istifadəsinə veriləcək”.
Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında TQDK-nın sədr müavini Namiq Babayev bildirib. N.Babayevin sözlərinə görə, jurnalda qəbul aparılan ixtisasların siyahısı, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulu proqnozu əksini tapacaq. “Abituriyent” jurnalının 3-cü sayında, həmçinin MDU-nun Bakı Filialına tələbə qəbulu elanı, Türkiyənin Hərbi Tibb Akademiyasının Ali Tibb fakültəsinə tələbə qəbulu qaydaları, ali məktəblərin Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri və digər məsələlər barədə məlumatlar dərc olunacaq.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1922

Oxşar yazılar