Hava tutqun olacaq
26 sentyabr 2011 11:15 (UTC +04:00)

Hava tutqun olacaq

Bakıda və Abşeron yarımadasında bu gün axşamdan başlayaraq, şimal küləyinin mülayimləşəcəyi proqnozlaşdırılır. Lent.az-ın Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədovaya istinadən verdiyi məlumata görə, sentyabrın 27-də paytaxtda havanın dəyişkən, buludlu, arabir tutqun, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, temperatur göstəricisi 22-25 dərəcə olacaq.


Sentyabrın 28-29-da Bakıda və Abşeron yarımadasında dəyişkən, buludlu hava şəraiti müşahidə olunacaq, gündüz saatlarında mülayim şimal küləyi cənub küləyi ilə əvəz olunacaq. Temperatur gündüz 23-28, gecə 15-19 dərəcə təşkil edəcək.

Bölgələrdə sentyabrın 27-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Lakin sentyabrın 28-dən başlayaraq, temperaturun yüksələcəyi və havanın yağmursuz keçəcəyi planlaşdırılır. Mərkəzi Aranda 24-29, dağlarda gündüz 15-20, gecə 6-11 dərəcə temperatur gözlənilir.

Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar