Rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlandı
26 sentyabr 2011 11:08 (UTC +04:00)

Rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlandı

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu mərhələdə namizədlər ixtisas fənləri üzrə imtahan veriblər.

İmtahan Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında saat 11:00-da başlanıb və saat 13:30-da başa çatıb. İmtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanda iştirak etmək üçün ərizə vermiş 1063 namizəddən 17 nəfəri imtahana gəlməyib.

Rezidenturaya qəbul imtahanının nəticələri bu gün səhər saatlarında açıqlanıb. Namizədlər nəticələri TQDK-nın saytında öyrənə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312

Oxşar yazılar