Növbəti sertifikasiya imtahanlarının nəticələri açıqlandı
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 sentyabrda mamalıq-ginekologiya və stomatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 107 həkim iştirak edib.
Məlumata görə, ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 91 nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları əczaçılıq və oftalmologiya ixtisasları üzrə sentyabrın 28-də keçiriləcək.
Nailə

723