(R) Kədər və çətinlik anlarında insana dayaq
22 sentyabr 2011 14:07 (UTC +04:00)

(R) Kədər və çətinlik anlarında insana dayaq

Ey bəlaları bəndələrindən uzaqlaşdıran! Ey çıxılmaz hallarda yol açan! Ey sıxıntıdan rahatlığa çıxmaq üçün çağırılan! Çətin işlər Sənin qüdrətinlə asanlaşır, həyat üçün lazım olan vasitələr Sənin lütfünlə yaranır, qəza-qədər, hadisələr Sənin qüdrətinlə dövran edir və hər bir şey Sənin iradən əsasında meydana gəlir. Ey mənim Rəbbim Muhəmmədə və pak Əhli-beytinə salam və salavat göndər.

Bütün çətinliklərdə Səni köməyə çağırırlar və bütün giriftarçılıqlarda Sənə pənah aparırlar. Sən dərdləri və bəlaları uzaqlaşdırmasan, heç bir dərd və bəlalar bizdən uzaqlaşmaz və Sən çətinlikləri həll etməsən, heç bir çətinlik aradan getməz.

Ey Rəbbim olan Allah , mənə bir bəla üz verib ki, onun ağırlığı məni kədərləndirib. Elə çətinliklərlə üzləşmişəm ki, onlara dözmək mənim üçün ağırdır. Düçar olduğum bu bəla və qarşılaşdığım bu çətinlik Sənin qüdrətin sayəsindədir.

İlahi, Sənin düçar etdiyin giriftarçılığı heç kim aradan qaldıra və Sənin nazil etdiyin bəlanı heç kim geri qaytara bilməz! Çətinliyə düşən bir işi heç kim düzəldə bilməz və həll etdiyinə heç kim mane ola bilməz. Çətinləşdirdiyin bir işi heç kim asanlaşdıra bilməz və üz döndərdiyin kəsə heç kim köməklik göstərə bilməz!

Muhəmməd və onun pak Əhli-beytinə salam və salavat göndər. Ey Rəbbim, öz rəhmətinlə nicat qapısını mənim üzümə aç, Öz qüdrətinlə həyatımdakı qəmi, kədəri, qüssəni aradan qaldır, Öz lütfünlə məni istəklərimə nail et və dilədiklərimə qəbul olunma şirinliyini dadızdır. Allahım Öz tərəfindən məsləhət bildiyin rəhmət və qurtuluşu mənə nəsib et! Ya Rəbbi tezliklə giriftarçılıqlardan nicat tapmağı mənim barəmdə hökm ver. Məni buyurduqlarına riayət etməyik və Sənin bəyəndiyin əməlləri yerinə yetirməyi mənə nəsib et! Məni qəm-qüssəyə düçar etmə! Ey Rəbbim çünki mən, başıma gələn bu bəlaya görə taqətdən düşmüşəm və həyatımda baş verən bu hadisəyə görə qəlbim qəm-qüssə ilə dolub. Bu giriftarçılığımı aradan qaldırmağa və düşdüyüm bu çətinliyi məndən uzaqlaşdırmağa yalnız Sən qadırsən! Bu qüdrətini də mənim üçün göstər, hərçənd ki, mən buna layiq deyiləm. Ey əzəmətli ərşin sahibi! Muhəmmədə və onun pak Əhli-beytinə salam və salavat göndər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar