“Azərbaycan” Cəmiyyəti Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə edib
21 sentyabr 2011 18:44 (UTC +04:00)

“Azərbaycan” Cəmiyyəti Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə edib

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Samir İmanov “Erməni terroru”, Heydər Əliyev fondunun hazırladığı “Qarabağ həqiqətləri”, Küveytli yazıçı Adil Al-Fallhin yazdığı “Heydər Əliyev və milli-mənəvi dəyərlər” və “Azərbaycan xalçaları” kitablarını hər birindən 20 nüsxə olmaqla kitabxanaya təqdim edib.

Kitablar “Azərbaycan” Cəmiyyətinin rəsmi müraciətinə əsasən təqdim olunduğu üçün təqdimat mərasimində Dubay hökumətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Əhməd Əl-Zahiri də qatılıb. Kitablar Dubay Əmirliyinin kitabxanasına təqdim olunmadan əvvəl Samir İmanov Dubay əmirliyinin dövlət rəsmilərinə Azərbaycan Respublikasının son 20 ildə keçdiyi çətin, amma şərəfli inkişaf yolu, Azərbaycanın bu müddətdə, xüsusilə son 10 il ərzində qazandığı böyük uğurları, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş vəhşilikləri barədə məlumat verib. Samir İmanov bu kitabların “Azərbaycan” Cəmiyyətinə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunduğunu nəzərə çatdırıb. O, hazırda bu kitabları Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına təqdim etməklə həmin kitabların əmirlik vətəndaşları, o cümlədən alimlər, tələbələr, Azərbaycanla, Azərbaycan mədəniyyəti və incəsənəti, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru ilə bağlı obyektiv və ətraflı məlumat almaq istəyən hər bir kəs üçün maraq kəsb edəcəyinə inandığını dilə gətirib.

Dubay hökumətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Samir İmanova Azərbaycan Respublikasına dair geniş məlumat verdiyinə və Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına bu cür maraqlı kitablar təqdim etdiyinə görə təşəkkürünü bildirib. O, həmin kitabların Dubayın digər kitabxanalarına da paylanacağını söyləyib. Əhməd Əl-Zahiri “Azərbaycan” Cəmiyyəti sədrinin 4 ay öncə Dubay Əmirliyinin Turizm nazirliyində keçirdiyi görüşünü və həmin görüş əsnasında Dubayın Turizm Nazirliyinə kitab və CD-lər təqdim etdiyini xatırladar qeyd edib ki, həmin kitab və materiallar sayəsində bir sıra nazirlik və idarələrin əməkdaşları Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edib, Azərbaycana maraq artıb. Onlarla dövlət qulluqçusu Azərbaycana səfər edib və bu proses indi də davam edir. Əhməd Əl-Zahiri belə görüşlərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191

Oxşar yazılar