Bakıda uşaq geyimləri mağazası qanunsuz reklam üsullarından istifadə edib
“Bütün geyimlərə 50% endirim” elanı yazılsa da, uşaq geyimlərinin heç birinin qiymətinə endirim tətbiq edilmədiyi aşkar olunub
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamaları davam etdirir. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aparılan yoxlama zamanı Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 25V ünvanında Asif Yadigarova məxsus uşaq geyimlərinin satışı mağazasında istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyənləşdirilib.
Mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə “Bütün geyimlərə 50% endirim” elanı yazılsa da, mağazada satılan uşaq geyimlərinin heç birinin qiymətinə endirim tətbiq edilmədiyi aşkar olunub. Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

2202