Azərbaycan və Argentina ərzaq məhsullarının sertifikatlaşdırılması sahsində əməkdaşlıq edəcək
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində görüş keçirilib
Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirinin müavini Lorenzo Bassonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində görüş keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Komitənin struktur bölmə rəhbərləri, tabeliyində olan qurumların nümayəndələri, Argentina Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyinin ikitərəfli əməkdaşlıq və əlaqələr idarəsinin rəisi Miqel Donatelli, heyvandarlıq üzrə altkatib Alexandro Lotti və SENASA (Kənd Təsərrüfatı və Ərzaq Məhsullarının Sanitariyası və Keyfiyyəti üzrə Dövlət Xidməti) təşkilatının nümayəndəsi iştirak ediblər.
Görüşdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Azərbaycanda keyfiyyət infrastrukturunun müasir dünya standartlarına uyğun qurulması üçün dövlət tərəfindən atılan məqsədyönlü addımlardan danışan Ramiz Həsənov bu sahədə Argentina ilə də əməkdaşlığı zəruri sayıb. Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazirinin müavini Lorenzo Basso Azərbaycanda şahidi olduğu iqtisadi inkişafdan, infrastruktur layihələrinin icrasından məmnun olduğunu, ölkələr arasında qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduqlarınını söyləyib. Argentina Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyinin tərkibinə daxil olan strukturlardan birinin Argentinada kənd təsərrüfatı məhsullarının keyfiyyət təminatına nəzarət, lisenziya və sertifikatların verilməsi, standartlaşdırma və patentləşdirmə əməliyyatlarını həyata keçirən Argentina Kənd Təsərrüfatı və Ərzaq Məhsullarının Sanitariyası və Keyfiyyəti üzrə Dövlət Xidməti (SENASA) olduğunu deyən Lorenzl Basso bu sahələrdə Komitə ilə əməkdaşlıq niyyətlərinin olduğunu qeyd edib.
Görüşün sonunda sahələr üzrə ikitrəfli saziş layihəsinin hazırlanması və təcrübə mübadiləsi aparmaq məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi qərara alınıb.

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09