Mətbuat Şurası «Mediada dil faktoru»nu müzakirə edəcək
21 sentyabr 2011 14:54 (UTC +04:00)

Mətbuat Şurası «Mediada dil faktoru»nu müzakirə edəcək

Sabah Mətbuat Şurasının(MŞ) ofisində “Mediada dil faktoru” mövzusunda dəyirmi masa keçiriləcək. Şuradan Lent.az-a verilən məlumata görə, bu, Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Azərbaycan mediasında dil xüsusiyyətləri» layihəsi çərçivəsində sayca ikinci toplantıdır.

Məlumata görə, layihənin yekunlarına həsr olunmuş tədbirdə MŞ-nın mediada ana dilindən istifadə xüsusiyyətlərinə dair monitorinqinin nəticələri açıqlanacaq, mediada ədəbi dilin pozulmasının təzahür formaları ətrafında fikir mübadiləsi aparılacaq, mövcud sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunacaq.

Qeyd edək ki, “Azərbaycan mediasında dil xüsusiyyətləri” layihəsi bu ilin mayından icra olunub.

Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar