“İnsan alverinə və zorakılığa yox deyək!”
Aran iqtisadi rayonuna daxil olan 18 rayonun (şəhərin) gənclər və idman idarələrinin rəisləri, fəal gənclər “İnsan alverinə və zorakılığa yox deyək!” devizi altında keçirilən aksiyada bir araya gələcəklər. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, sentyabrın 23-də Sabirabadda yerləşən Gənclər evində baş tutacaq müşavirədə gənclər və idman nazirinin müavini İntiqam Babayev, DİN-in İnsan alverinə qarşı mübarizə idarəsinin məsul əməkdaşı və digər rəsmilər iştirak edəcəklər.
Tədbir prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planına (2009-2013-cü illər)”, Gənclər və İdman Nazirliyinin iş planına uyğun olaraq gerçəkləşir.
Bununla yanaşı həmin gün Sabirabad Mədəniyyət Mərkəzində insan alverinə qarşı mübarizəyə həsr olunmuş mədəni-kütləvi aksiyanın da keçirilməsi nəzərdə tutulur.
Xəyalə

664