Almaniyanın QAC-ın regional təşkilatının sədri azərbaycanlı ailələrlə görüşür
Almaniyanın Qızıl Aypara Cəmiyyətinin Jerixover Land regional təşkilatının sədri Jana Linzenburq Maqdeburq şəhərində yaşayan azərbaycanlı ailələrlə görüşlərə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Jana Linzenburq ilk görüşdə Linzenburq həmvətənlərimizə orta məktəbi bitirdikdən sonra Almaniyanın ali məktəblərinə daxil olunması yollarını izah edib və onlara ali məktəblərə daxil olduqları günə kimi köməklik göstərəcəyini bildirib.
Xatırladaq ki, həmvətənlərimizin sevincinə səbəb olan bu layihənin reallaşdırılmasına dair razılıq Sakhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin sədri Yaşar Millnitts Niftəliyevin Jana Linzenburqla sentyabrın 13-də baş tutmuş görüşündə əldə olunub. Görüşdə Yaşar Millnitts Niftəliyev Maqdeburq şəhərində yaşayan, orta məktəbi kafi qiymətlərlə bitirmiş azərbaycanlı şagirdlər üçün ali məktəbə hazırlıq kurslarının təşkil olunması təşəbbüsü ilə çıxış edib. Qızıl Aypara Cəmiyyətinin Jerixover Land regional təşkilatının sədri həmin təşəbbüsü dəstəkləyib.

Oxşar yazılar

Mart ayı üçün sevgi ULDUZ FALI: Romantika vaxtıdır, daha çox ehtiras və...
3 mart 2025 , 00:02
Buraxılış imtahanı keçirildi - İmtahandan kənarlaşdırılanlar var
2 mart 2025 , 14:33
Vəfat edən hərbçi dəfn olundu
2 mart 2025 , 13:56
İlk dəfə buraxılış imtahanları keçirildi - FOTO
2 mart 2025 , 12:50
Ramazan ayının ikinci gününün DUASI
2 mart 2025 , 12:49
Felmar Ələkbərli vəfat etdi
2 mart 2025 , 12:16
Qar yağacaq, yolları buz bağlayacaq - SABAHIN HAVASI
2 mart 2025 , 12:11