Mübariz İbrahimov adına orta məktəbdə Bilik Günü qeyd edilib
Bu gün Biləsuvar şəhərində Mərkəzi Bankın dəstəyi ilə yaradılan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan lisey-məktəb kompleksində növbəti yeni tədris ilinin başlanması münasibəti ilə mərasim keçirilib.
Lent.az-ın bankın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mərasimdən əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov və onu müşayiət edənlər Heydər Əliyevin və Milli Qəhrəman Mübariz İbrahimovun abidələrinin önünə gül dəstələri qoyublar. Bank sədri yeni dərs ilinin başlanması münasibəti ilə və məktəbin qısa müddətdə əldə etdiyi uğurlara görə bütün kollektivi təbrik edib, bundan sonra da daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini bildirib.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və tanınmış alim, akademik Vaqif Abbasov məktəbin şagirdləri və pedaqoji kollektivini Bilik Günü münasibətilə təbrik ediblər, yeni tədris ilində daha böyük əzmkarlıqla çalışıb, öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyi arzulayıblar.
Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan müasir məktəb-lisey kompleksi 2010-cu ildən fəaliyyətə başlayıb. Kompleksin binasının inşası başa çatan zaman Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada olublar və yaradılmış infrastrukturu yüksək qiymətləndiriblər. 28 sinif otağı (müəllimlər otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter zalı), idman və rəqs (ritmika) zallarından ibarət olan kompleksdə hazırda 107 şagird ödənişsiz təhsil alır.

Oxşar yazılar

Bu ərazilərdə külək "adam aparır" - GÜNÜN HAVASI
30 iyun 2025 , 09:21
BÜRCLƏR üçün bu həftənin şanslı tarixləri
30 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
30 iyun 2025 , 08:30
Sabahdan Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilir
30 iyun 2025 , 08:14
Qara günləriniz indi başlayır: Xəbərdarlıq hansı BÜRCLƏR üçündür?
30 iyun 2025 , 00:02
"Kitayski” Nostradamus"dan 2025-ci il üçün PROQNOZ: dəqiqliyi HEYRƏTAMİZDİR
29 iyun 2025 , 19:46
Avropa İttifaqının "ən ucuz" ölkəsi AÇIQLANDI
29 iyun 2025 , 17:44