BDU-da Bilik Günü keçirilib - FOTO
Rektor, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edib. A.Məhərrəmov deyib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olub və bu gün də örnək olaraq qalmaqdadır. Rektor qeyd edib ki, dünyada mövcud olan yüz minədək universitetdən yalnız 19 min 200-ü YUNESKO tərəfindən qəbul edilib, onlardan 12 min universitet ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının siyahısına düşüb. Bu günlərdə həmin 12 min universitet arasından dünyanın ən nüfuzlu 700 universitetin adı açıqlanıb və həmin siyahıda Bakı Dövlət Universiteti də yer tutub: “Əgər nəzərə alsaq ki, təkcə respublikamızdan deyil, bütün regiondan yalnız bir neçə universitet bu nüfuzlu siyahıya düşə bilib, onda sizin məsuliyyətiniz bir qədər də artmış olur. Çünki təkcə universitetimizin deyil, həm də xalqımızın, ölkəmizin gələcəyi sizin əlinizdədir”.
A.Məhərrəmov bildirib ki, bu il respublika ali məktəblərinə qəbul olan tələbələrin hər 8 nəfərindən biri, yəni 12%-i Bakı Dövlət Universitetinə daxil olub. Belə gənclərin sayı 3556 nəfərdir. Bu tələbələrdən 318 nəfəri 600-dən yuxarı bal toplayıb və 12 nəfəri isə Prezident təqaüdçüsüdür.

1657