Bu il ADU-ya 1000-dən çox tələbə qəbul olunub
15 sentyabr 2011 14:31 (UTC +04:00)

Bu il ADU-ya 1000-dən çox tələbə qəbul olunub

Səməd Seyidov birinci kurs tələbələri ilə Bilik Günündə görüşüb


Bu gün Azərbaycan Dillər Universitetində(ADU) “Bilik günü” münasibətilə universitetin rektoru Səməd Seyidov I kurs tələbələri ilə görüşüb.


Lent.az-ın universitetin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, universitetin akt zalında keçirilən görüşdə rektor Bilik günü münasibətilə professor – müəllim heyətini, tələbələri təbrik edib. S.Seyidov ADU tələbələrinin Azərbaycanın bayrağını daim uca tutduğunu, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəklərini deyib. Rəhbərlik etdiyi ali təhsil ocağının yaranması tarixindən, universitetdə fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor universitetin əsas fəaliyyəti Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana gətirmək olduğunu bildirib: “Bu şərəfli məsələ bu gün məhz elə buradan – Akt zalından başlayır. Gəncliyimiz daha ağıllı, daha mübariz və daha da qüdrətlidir. ADU-nu seçməklə siz düzgün yolda olduğunuzu sübut etmisiniz”.


Bolonya prosesi haqqında da danışan rektor bir çox tələbənin təhsilini xarici ölkələrin ali təhsil müəssisələrində davam etdirdiyini nəzərə çatdırıb.


Təhsillə elmin yanaşı addımladığını diqqətə çatdıran rektor S. Seyidov tələbələri fəal olmağa, elmi məqalələr yazmağa və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırıb.


Daha sonra yüksək balla universitetə daxil olmuş tələbələrə tələbə biletləri və qiymət kitabçaları təqdim edilib.


Qeyd edək ki, 2011-2012-ci tədris ilində ADU-ya 1000-dən çox tələbə daxil olub.
# 544

Oxşar yazılar