İstirahət günlərində havanın temperaturu dəyişməyəcək
15 sentyabr 2011 13:12 (UTC +04:00)

İstirahət günlərində havanın temperaturu dəyişməyəcək

Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturunda ciddi dəyişiklik müşahidə olunmayacaq. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovaya istinadən verdiyi məlumata görə, sentyabrın 16-da havanın dəyişkən, buludsuz, keçəcəyi, qısamüddətli yağış yağacağı, mülayim cənub-şərq küləyi gözlənilir. 17 sentyabrda gün ərzində əsasən yağmursuz hava müşahidə olunacaq, mülayim şimal küləyi əsəcək. Hər iki gün havanın temperaturu 25-30 dərəcə təşkil edəcək.

Bazar günü havanın dəyişkən olacağı, arabir tutulacağı, axşama doğru yağış yağacağı proqnozlaşdırılır. Temperatur göstəricilərinə gəldikdə, 22-27 dərəcə gözlənilir.

Mərkəzi Aran və bölgələrində isə yaxın 3 gündə gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Temperatur Mərkəzi aranda 25-20, dağlarda 15-20 dərəcə müşahidə olunacaq.

Qeyd edək ki, bu günlər meteohəssas insanlar üçün ideal hava şəraitinin olduğu bildirilir.

Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar