Bakının mərkəzi yolları bağlanacaq
15 sentyabr 2011 13:05 (UTC +04:00)

Bakının mərkəzi yolları bağlanacaq

Bu gün saat 15:00-dan etibarən Bakının bir sıra mərkəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, Monteneqro prezidenti Filip Vuyanoviçin Azərbaycana səfəri ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Məlumata görə, saat 15:00-dan etibarən Heydər Əliyev prospekti, 10-cu Zavod yol qovşağı, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri və Bəhramgur dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Sentyabrın 16-da saat 08:00-dan Azneft dairəsi, Neftçilər prospekti ilə aeroport, Mərdəkan, Buzovna, Zağulba, həmçinin, İstiqlaliyyət küçəsi, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri xiyaban, Şəhidlər xiyabanı, İçərişəhər metreostansiyası, Rəşid Behbudov, Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif, Fətəli Xan Xoyski, Koroğlu Rəhimov küçələri və geriyə, Qədirbəyov küçəsi ilə Xətai prospekti, Dəmirçizadə küçəsi ilə Azneft dairəsi istiqamətinə yollar bağlanacaq.

Sürücülərdən xahiş edilir ki, bu istiqamətlərdə nəqliyyatın sıxlığı, ləngimə, yol qəza hadisələri baş verməməsi üçün alternativ yollardan istifadə etsinlər.

Qeyd edək ki, səfər sentyabrın 17-də başa çatacaq.

Nizam RZA
# 1151

Oxşar yazılar