Oqtay Şirəliyev Litva və belaruslu həmkarları ilə görüşüb
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Litva Respublikasının nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Raimondas Şukys, Belarus nümayəndə heyətini rəhbəri, səhiyyə naziri doktor Vasiliy Jarko və Rusiya Federasiyasının səhiyyə nazirinin müavini Veronika Skvartsova görüşüb.
Lent.-azın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Azərbaycan və Litva səhiyyə nazirləri arasında səhiyyə və tibb elmi sahəsində birgə əməkdaşlığa dair saziş imzalanıb. O Şirəliyev sazişdən irəli gələn bütün məsələlərin həllinə hər iki tərəfin bunun üçün səylərini artıracağına ümidvar olduğunu qeyd edib: “Səhiyyə sahəsinin bir çox aspektlərinin özündə əks etdirən bu saziş hər iki ölkə üçün çox əhəmiyyətli bir addım olacaq”.
Sənəddə ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsinin zəruriliyini nəzərə alaraq, öz səlahiyyətləri daxilində bir çox məsələlərin həyata keçirilməsini planlaşdırılıb. Bura səhiyyə sahəsinə dair bir çox məsələlər, o cümlədən səhiyyə və tibb elmi sahəsində məlumat və ekspert mübadiləsi, həyata keçirilmiş səhiyyə islahatları, tibbi sığorta, ictimai səhiyyə və əczaçılıq sahələrində təcrübə mübadiləsi, həmçinin tibb mütəxəssisləri, həkim və tibb bacıları üçün nəzəri və praktiki təlimlər və ixtisasartırma kurslarının (mühazirəçi və ekspert qrupu mübadiləsi daxil olmaqla) birgə təşkili, müalicə metodları və standartlarının tətbiqi sahəsində təcrübə mübadiləsi, ali tibbi təhsil müəssisələri, tibb mərkəzləri, tibbi müalicə müəssisələri və digər əlaqədar idarələr arasında birbaşa əlaqənin saxlanması, müasir tibb avadanlıqları və yeniliklərə dair məlumat mübadiləsi, səhiyyə və tibb elminin müxtəlif sahələrində müştərək ikitərəfli əməkdaşlıq layihələrinin hazırlanması kimi önəmli məsələlər əksini tapıb.

490