“Wellaton” daimi rəng mussu Azərbaycanda
15 sentyabr 2011 10:56 (UTC +04:00)

“Wellaton” daimi rəng mussu Azərbaycanda

Artıq xanımlar başqalarının köməyinə ehtiyac duymadan saçlarını tam və rahatlıqla boyaya bilərlər. Buna “Wellaton” daimi rəng mussu” gözəl imkan yaradır. Saç boyamasında inqilab yaradan “Wella”nın bu yeni məhsulu artıq Azərbaycandadır.

Hazırda qadınların əksəriyyəti saç boyalarından istifadə edir. Lakin ənənəvi krem boyalarla saçı tam şəkildə boyamaq üçün demək olar hər zaman kiminsə yardımına ehtiyac olur. “Wella”nın yeni daimi saç boyama mussu isə saç boyama metodunu həmişəlik və kökündən dəyişdirir.

Bu innovativ saç boyama mussu sayəsində evdə qısa vaxt ərzində və çox asanlıqla saçları boyamaq mümkündür. Nəticə isə gözəllik salonunda olduğu kimi mükəmməldir. Boya muss şəklində olduğu üçün o, saçları asanlıqla tam və bərabər şəkildə boyamağa imkan verir. Həmçinin, boyama prosesini də zövqverici edir, çünki krem boyalardan fərqli olaraq “Wellaton” muss boya muss şəklində olduğu üçün axmır və damcılamır.

“Wellaton” daimi rəng mussunun istifadəsi də çox asandır. Bunun üçün sadəcə bağlamada olan butulkaya rəng tonunu əlavə edib qapağı bağlamaq və butulkanı 3 dəfə silkələmək lazımdır. Əmələ gələn mussu ələ sıxıb çox asanlıqla, saçları tam şəkildə əhatə etməklə yaymaq mümkündür.

“Wella”nın mussu krem boyalarla müqayisədə 6 dəfə daha həcmli olduğuna görə onu saçlara tam şəkildə yaymaq daha asandır. Bu mussla boyama nəticəsində saçlar dolğun rəng alır, onların boyanmamış hissələri qalmır. Bir sözlə, “Wellaton” daimi rəng mussundan istifadə edən xanımlar bir daha krem boyalara qayıtmaq istəməyəcəklər.



“Wellaton” krem boya ilə müqayisədə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2864

Oxşar yazılar