“Nə? Harada? Nə vaxt?” oyunu üzrə XI Dünya Çempionatı keçiriləcək
14 sentyabr 2011 15:39 (UTC +04:00)

“Nə? Harada? Nə vaxt?” oyunu üzrə XI Dünya Çempionatı keçiriləcək

Ukraynanın Odessa şəhərində 16-18 sentyabr tarixlərində “Nə? Harada? Nə vaxt?” oyunu üzrə IX Dünya Çempionatı keçiriləcək.

Lent.az-ın verdiyi məlumata görə, çempionata dünyanın 14 ölkəsindən 50 komanda qatılacaq, biliklərini nümayiş etdirəcək.

Çempionatda Azərbaycanı Balaş Qasımovun və Faiq Hüseynovun komandaları təmsil edəcəklər. Balaş Qasımovun komandasına ARDNŞ sponsorluq edir.

Qeyd edək ki, ARDNŞ 2009-cu ildə də CTC telekanalında “Breyn-rinq” çəkilişlərində iştirak edən Bakı komandasına sponsorluq edib.
# 450

Oxşar yazılar