Hicablı şagirdlər dərsə buraxılmayacaqlar
14 sentyabr 2011 15:15 (UTC +04:00)

Hicablı şagirdlər dərsə buraxılmayacaqlar

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, bu dərs ilindən etibarən vahid məktəbli geyimi bütün siniflər üzrə tətbiq olunacaq. İstisna hal kimi oktyabrın 1-dək məktəbli geyimini əldə etməyənlərə güzəşt ediləcək. Həmin gündən sonra isə güzəşt olmayacaq: “Hər kəs Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müəyyənləşdirilən vahid məktəbli geyimində tədris prosesinə qatılmalıdır. Bu geyimlərdən kənar tədris prosesinə qatılan şagirdlərə icazə verilməyəcək”.


Z. Əliqızı deyib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi üçün bu mövzu artıq qapanıb: “Bu mövzunun yenidən gündəmə gəlməsini arzulamırıq, çünki mövqeyimiz dəyişməyəcək. Vahid məktəbli geyiminin forması hər kəsə, bütün ictimaiyyətə bəllidir. Xahiş və tələbimiz ondan ibarətdir ki, bütün şagirdlər tədris prosesinə müəyyənləşdirilmiş məktəbli geyimində qatılsınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar