ADU-nun professoru İspaniyada konfransda iştirak edib
14 sentyabr 2011 15:06 (UTC +04:00)

ADU-nun professoru İspaniyada konfransda iştirak edib

Azərbaycan Dillər Universitetinin 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev sentyabrın 8-dən 11-dək İspaniyanın La Rioja Universiteti tərəfindən təşkil olunmuş “Avropa dilçilik cəmiyyətinin 44-cü illik konfransın”da iştirak edib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransda dilçiliyin müasir tədqiqat obyektlərindən biri kimi, diskurs probleminin əsas mübahisəli məsələlərinə münasibət bildirilib. Qeyd edək ki, konfransda “Diskurs strukturu və onun eksplisit modeli” adlı məqalə ilə çıxış edən Ə.Abdullayev mövzuyla bağlı fikirlərini konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Əlavə edək ki, konfransda 44 ölkədən 250-dən çox məruzəçi iştirak edib.
# 1375

Oxşar yazılar