Azərbaycanda AİDS-ə yoluxma üzrə artımın qarşısı alınıb
14 sentyabr 2011 14:32 (UTC +04:00)

Azərbaycanda AİDS-ə yoluxma üzrə artımın qarşısı alınıb

“Son üç ildə Azərbaycanda İİV/AİDS infeksiyasına yoluxma üzrə artım müşahidə olunmur. Ölkədə vəziyyət stabildir”. APA-nın məlumatına görə, bunu Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bildirib. C. Süleymanova deyib ki, Azərbaycanda indiyədək 3 minə yaxın insan bu xəstəliyə yoluxub: “Amma UNAİDS-in 2009-cu ildəki hesabatında göstərilib ki, Azərbaycanda indiyədək 3600 insan bu xəstəliyə yoluxub”. C. Süleymanova bildirib ki, Azərbaycanda xəstələr antiretrovirusiv preparatları ilə müalicə alır, amma hazırda ölkədə bu xəstəlikdən müalicəyə ehtiyacı olan 1100 nəfər xəstə var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar