BSTA-nın 2011-2013-cü illər üzrə iş planına dəyişikliklər edilib
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, DSMF sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İclas zamanı Assosiasiyanın Avropa Şəbəkəsi çərçivəsində bu ilin aprel və iyun aylarında Stokholm və Bakı şəhərlərində keçirilmiş seminarların nəticələri, Avropa Şəbəkəsinin gələcək planları müzakirə olunub. Müzakirələr zamanı Şəbəkənin 2011-2013-cü illər üzrə iş planına dəyişikliklər olunub. Bundan başqa, Türkiyə Respublikasının və Norveç Krallığının sosial müdafiə qurumlarının BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinə üzv qəbul olunması barədə müzakirələr aparılıb.
Qeyd edək ki, 2004-cü ilin sentyabrında Azərbaycan BSTA-nın büro üzvü, 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib və yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

483