Xəzər dənizinin sahili boyunca kütləvi iməciliklər keçiriləcək
14 sentyabr 2011 12:05 (UTC +04:00)

Xəzər dənizinin sahili boyunca kütləvi iməciliklər keçiriləcək

Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 16 sentyabr 2011-ci il tarixində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağının ayrı-ayrı ərazilərində iməciliklər keçiriləcək.


Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, aksiya çimərliklərin, daxili suların, okeanın zibil və tullantılardan təmizlənilməsi məqsədilə həyata keçirilir. Nazirliyinin təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində Sumqayıt şəhəri Nəsimi adına parkla Xəzər dənizi arasındakı sahil zolağının 5 hektardan artıq ərazisi, o cümlədən Nabran, Neftçala, Lənkəran şəhər və rayonlarının sahilboyu əraziləri zibil və tullantılardan təmizlənəcək.


Qeyd edək ki, keçiriləcək tədbirlərdə Nazirliyin əməkdaşları ilə birgə yerli icra strukturları, ictimaiyyət, bələdiyyə və təhsil müəssisələrinin nümayəndələri də iştirak edəcək.
ETSNN Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar keçirilən bu kimi tədbirlərdə yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1313

Oxşar yazılar