Xaçmazda məktəbli forması növbəsi
13 sentyabr 2011 17:50 (UTC +04:00)

Xaçmazda məktəbli forması növbəsi

Dərs ilinin başlanması ərəfəsində Xaçmaz rayonunda məktəbli formasının satışını həyata keçirən ticarət obyektində növbə yaranıb. “Tom” mağazasının qarşısına gün ərzində təxminən 100-150 nəfər valideyn yığılır. Valideynlərin sözlərinə görə, onlara məktəblərdən formanı ancaq bu mağazadan almağı tapşırıblar. Burdan alınan məktəbli formaları xüsusi nişanlanıb. Bu formalarda məktəbə gəlməyən uşaqlar təhsil müəssisəsinə buraxılmayacaq. Burda qiymətlər digər yerlərdən təxminən 10-15 manat bahadır.

Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova Lent.az-a məktəb formaları ilə bağlı növbənin olduğunu etiraf edib. Onun sözlərinə görə, rayonda məktəbli formasının satışını 3 mağaza həyata keçirir. Onların biri Xudat şəhərində, ikisi isə Xaçmaz şəhərində yerləşir. M.Nurməmmədova bildirdi ki, məktəbli formasını hansı mağazadan almaq valideynlərin öz ixtiyarında olan məsələdir. Təhsil Şöbəsinin müdiri bütün sakinlərin eyni vaxtda forma almaq istədiyini və bu zaman növbə yarandığını deyir. O, məsələ ilə bağlı araşdırma aparacaqlarını deyib.

Nizam Rza
# 1287

Oxşar yazılar