Prezidenti İlham Əliyev Qobustanda müasir taxıl anbarı kompleksi ilə tanış olub
13 sentyabr 2011 14:56 (UTC +04:00)

Prezidenti İlham Əliyev Qobustanda müasir taxıl anbarı kompleksi ilə tanış olub

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, qeyd edilib ki, Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikamızın regionlarında taxıl məhsullarının saxlanılması üçün ümumi dəyəri 39,7 milyon manat, tutumu 267 min ton olan 17 taxıl anbarı kompleksinin inşasına 21,4 milyon manat güzəştli kredit verilib və bu layihələrin icrası artıq başa çatdırılıb.


Qobustan rayonu ərazisində iki hektar torpaq sahəsində “İlk Aqrokom” MMC tərəfindən inşa edilən, ümumi dəyəri 2,1 milyon manat olan taxıl anbarı kompleksinin tutumu 10 min tondur. Fond tərəfindən bu layihənin maliyyələşdirilməsinə 700 min manat güzəştli kredit verilib. Layihə üzrə hər birinin tutumu 2,5 min ton olan 4 taxıl anbarından, laboratoriya və digər köməkçi binalardan ibarət kompleks Türkiyənin “Altuntaş” və yerli “Asena Ko” MMC-nin doldurma, boşaltma, qurutma avadanlıqları və elektron idarəetmə panelləri ilə təchiz edilib. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanılıb, bu ilin sentyabrında başa çatdırılıb.


Taxıl anbarı kompleksinin sxemi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, buraya gətirilən taxıl əvvəlcə girişdəki tərəzidə çəkilir, sonra konveyerlərlə anbara ötürülür. Burada taxıl təmizlənir, dərmanlanır, yenə də elevatorlarla növbəti anbara nəql edilir. Keyfiyyətin saxlanması məqsədi ilə anbarlardakı taxılın yerləri tez-tez dəyişdirilir. Kompleksin ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb, girişdə rayonun iqtisadiyyatına həsr olunan guşə yaradılıb. Anbar kompleksində 12 nəfər işlə təmin edilib.

Bu layihənin icrası nəticəsində əsasən kənd təsərrüfatı rayonu olan Qobustanda fermerlərə istehsal etdikləri taxıl məhsullarının uzun müddət itkisiz saxlanmasına, respublikada taxılçılığın inkişafına təkan verməklə əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına şərait yaradılıb. Təkcə 2011-ci ildə Qobustan rayonunda 40 min tondan artıq taxıl istehsal olunub. Bu da ötən ilin müvafiq dövründəkindən 48 faiz çoxdur. Müasir anbar kompleksinin yaradılması rayonda taxıl istehsalı ilə məşğul olan sahibkarların bu sahəyə marağını daha da artıracaq.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib, tövsiyə və tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883

Oxşar yazılar