Məleykə Abbaszadə açıq test suallarının tətbiqinin səbəblərini açıqladı
Lent.az-ın verdiyi məlumata görə, Məleykə Abbaszadə deyib ki, adi test suallarında cavab variantları verilir və abituriyentlər təsadüfən bilmədiyi halda düz cavabı tapa bilər.
TQDK sədri qeyd edib ki, məhz bu səbəbdən də belə abituriyentlərin təsadüfən nəticə göstərməsinin qarşısını almaq üçün 4 səhvin 1 düz cavabın nəticəsini ləğv etməsi qaydası tətbiq olunub: “Lakin açıq test suallarında təsadüfən düz cavabı müəyyənləşdirmək mümkün deyil. Bu sualların cavabını tapmaq təfəkkür, ciddi zəhmət tələb edir. Tapşırığın həlli zamanı səhvə yol da verilə bilər. Ancaq biz açıq test suallarına səhv cavaba görə abituriyentin düz balını silmirik. Yəni abituriyent açıq test sualına səhv cavab versə də, heç nə itirmir. Ona görə də biz çətin də olsa, açıq test suallarının qəbul imtahanlarında tətbiqini davam etdirəcəyik”.

969