TQDK-nın 2 saytı olacaq
13 sentyabr 2011 13:31 (UTC +04:00)

TQDK-nın 2 saytı olacaq

Lent.az-ın məlumatına görə, bunu TQDK-nın sədri Məleykə Abbaszadə söyləyib.

O bildirib ki, məqsəd TQDK-nın təklif etdiyi internet xidmətlərindən abituriyentlərin daha keyfiyyətli və sürətli istifadəsinə nail olmaqdır. İkinci internet saytı sınaq imtahanları ilə bağlı yaradılacaq: “Biz əsas qəbul imtahanları və sınaq imtahanları ilə bağlı saytları ayırmağı düşünürük. Çünki internetin imkanlarından TQDK-nın saytında yararlanarkən, internetin sürətində problem yaranır. Məlumatlar 2 provayder arasında ötürülür və sürətdə sıxlıq yaranan zaman sayta daxil olmaq çətinləşir. Ona görə də TQDK-nın sınaq imtahanları üçün ayrıca saytı yaradılacaq. Sınaq imtahanları üçün abituriyentlər orada qeydiyyatdan keçərək imtahanın nəticələrini öyrənə biləcəklər”.

Ramiz MİKAYILOĞLU
# 1085

Oxşar yazılar