Avqustda ekoloji hüquqpozmalarla bağlı 94 müraciətə baxılıb
13 sentyabr 2011 12:28 (UTC +04:00)

Avqustda ekoloji hüquqpozmalarla bağlı 94 müraciətə baxılıb

Lent.az-ın nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, müraciətlər ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədədir. Müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Belə ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 16 müraciət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb, 7 şikayət üzrə fakt təsdiqlənib, qanunamüvafiq tədbirlər görülüb. 8 müraciət təsdiqini tapmayıb, 1 müraciət isə icradadır.


Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 42 müraciətə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanması və meşələrin qanunsuz qırılması ilə əlaqədar daxil olmuş 36 müraciətdən 13-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 6 müraciət icradadır. 17 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.


Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
# 440

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10