Azərbaycan polisinin forması dəyişir
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri”ndə dəyişikliklər edilməsi haqqında sərəncam verib.
Lent.az-ın AzərtAC-a istinadən verdiyi məlumata görə, dəyişikliyə görə, qış səhra gödəkçəsi boz və ya kamuflyaj rəngli parçadan tikilir.
Gödəkçə düz biçimlidir, mərkəzdən zəncirbəndlə bağlanır. Ətəklərin yan tərəfində listikli, zəncirbəndlə bağlanan çəpinə kəsmə ciblər tikilir. Cib girişinin ölçüsü 16-17 sm, listikin eni 3 sm olur. Kürək bütöv biçimlidir. Qollar iki tikişlidir, aşağı kənarı eni 7 sm olan elastik trikotaj manjetlidir. Çiyin tikişinin üstündə eni 5 sm olan paqon tikilir. Çiyin tikişi kürək tərəfdən 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Gödəkçənin qurşağı elastik trikotajdan tikilir. Qurşağın eni 7 sm-dir. Qurşağın ön tərəfi hər iki ucunun eni 7 sm, uzunluğu 11 sm olan əsas parçadandır. Yaxalıq dayaqlı olub, qaragül dərisindən və əsas parçadan tikilir. Alt yaxalıq dayaqlı, araqatı ilə gücləndirilmiş və 6-7 sm olmaqla sırınmışdır. Qaragül dərisindən yaxalıq alt yaxalığa bəndlənib.
Ətəyə mərkəzdən zəncirbəndin altında 6,5 sm enində küləkdən qoruyan planka tikilir. Planka araqatı ilə sırınmışdır. Sol ətəkdə yaxalıqdan 1 sm aşağıdan başlayan, eni 7 sm olan, ətək boyu üç ədəd basma düymə ilə bağlanan planka tikilir. Paqonun, qoruyucu plankanın, üstdən qoyma plankanın kənarları 0,5 sm enində bəzək tikişi ilə baxyalanır.
Yaxalığın dayağa birləşmə tikişləri, çiyin tikişi, qolun birləşmə tikişləri, yan tikişlər, cibin kənarları 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Zəncirbəndin birləşmə tikişi, plankanın birləşmə tikişi, qoruyucu plankanın birləşmə tikişi 0,2 – 0,7 sm enində paralel bəzək tikişi ilə baxyalanır. Gödəkçə astarlıdır. Astar silikonlu araqatı ilə 6 sm enində tikişlə sırınıb.
Qış papağı tünd göy rəngli olub, gündəlik geyim formasının əsas parçasından tikilir. Papaq başlıq, günlük və qulaq örtüyündən ibarətdir. Başlıq xüsusi paralonla, qulaq örtüyü isə muflonla birləşmiş parçadan hazırlanır. Başlıq hissə altı ədəd xiştəkdən ibarətdir. Xiştəklərin tikişləri, altdan 1,5 sm enində köbə qoymaqla, hər iki tərəfdən 0,3 sm enində bəzək tikişi ilə baxyalanır. Günlük mərkəzdən simmetrik olub, ortada eni 7,5 sm, günlüyün ortasından 2 sm mərkəzə doğru məsafədəki eni 14 sm-dir.
Papağın ön hissəsində günlüyün üstündə eni 1,5 sm, kənarları 0,2 sm enində olan bəzək tikişi ilə baxyalanmış, öz parçasından tikilmiş kəmərcik qoyulur. Kəmərcik iki tərəfdən diametri 1 sm olan plastmas düymə ilə birləşir. Xiştəklərin birləşmə xəttinin ortasında, başlığın ortasında diametri 1,5 sm olan plastmas düymə bərkidilir. Qulaq örtüyünün kənarlarına 0,7 sm enində qara rəngli köbə verilmişdir. Qulaq örtüyü başlığa 1,5 sm enində olan lent ilə birləşir. Papaq astarsızdır. Böyük rəis heyəti üçün papağın günlüyünün üzərinə qızılı rəngli palıd yarpağı şəklində naxış toxunur. Dövlət Yol Polisinin orta və böyük rəis heyətinin papağı eyni olub, yalnız kəmərciyin üstünə işıq əks etdirən zolaq tikilir.
Qış səhra papağı öz konstruksiyasına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulan qış papağı ilə eyni olub (günlüyünün üzərində qızılı rəngli palıd yarpağı şəklində naxış istisna olmaqla) boz və ya kamuflyaj rəngdədir. Qış səhra gödəkçəsi boz və ya kamuflyaj rəngli parçadan tikilir.
Gödəkçə düz biçimlidir, mərkəzdən zəncirbəndlə bağlanır, astarlıdır. Astar istiləşdirilmiş araqatı (sintepon) ilə hazırlanır. Ətəyin döş səviyyəsində üstdən qoyma fiqurlu qapaqlı ciblər tikilir. Ciblərin orta hissəsində üzbəüz olan qat salınıb. Ciblər ətəyin üstünə 0,2 sm enində bəzək tikişi ilə tikilir. Cib girişinin ölçüsü 16,5 sm-dir, hündürlüyü isə qapaqla birlikdə 19,5 sm-dir. Üst cib qapaqları cibə 2 ədəd basma düymə ilə bağlanır. Gödəkçənin ətəklərinin yan tərəfində listikli çəpinə kəsmə ciblər tikilir. Cib girişinin ölçüsü 18 sm, listikin eni 3 sm olur. Kürək bütöv biçimlidir, koketkalıdır. Koketkanın aşağı hissəsi 0,3 sm enində bəzək tikişi ilə baxyalanır və 3 sm enində sərbəst kürəyin üstünə qatlanır. Qollar iki tikişlidir, aşağı kənarlarına eni 6-7 sm olan elastik rezin ilə yığılmış manjet tikilir. Qolu qol dibinə birləşdirən tikişə çiyin nahiyəsində fiqurlu paqon tikilir. Paqon bir ədəd basma düymə ilə düymələnir. Paqonun uzunluğu 14-15 sm, eni isə 5,5 sm olur. Çiyin tikişi kürək tərəfdən 0,2 sm enində bəzək tikişi ilə baxyalanır.
Gödəkçənin aşağı hissəsinə 6-7 sm enində elastik rezin ilə yığılmış kəmər tikilir. Ön hissədə kəmər 24 sm məsafədə rezinə yığılmır. Yaxalıq qatlanandır.
Ətəyin sol hissəsində eni 8 sm olan planka tikilir. Planka dörd ədəd basma düymə ilə ətəyə düymələnir. Ətəyin sağ hissəsinə 8 sm enində küləkdən qoruyan planka tikilir. Ətəyin bort hissəsi, zəncirbəndin kənarı, plankanın kənarı, birləşmə tikişi, yaxalıq, üst cib qapaqlarının kənarı, kəmərin ön hissəsi, paqonun kənarları, qolun dirsək tikişi 0,2-0,7 sm enində paralel bəzək tikişi ilə baxyalanır. Yan cibin çərçivəsi, qolun qol dibinə birləşmə tikişi, yan tikişlər və qolun alt tikişi, yaxalığın boyun dibinə birləşmə tikişi 0,2 sm enində bəzək tikişi ilə baxyalanır.
Qış papağı öz konstruksiyasına görə orta və böyük rəis heyəti üçün nəzərdə tutulanla eynidir. Papaq öz konstruksiyasına görə 3.4-cü bənddə sıravi və kiçik rəis heyəti üçün nəzərdə tutulanla eynidir, yalnız kəmərciyin üstünə işıq əks etdirən zolaq tikilir. Şalvar isə düz biçimlidir, ön hissəsi bir bükümlüdür, 16-17 sm ölçüdə yan kəsikli cibləri var. Ciblərin girişi 0,5 sm enində bəzək tikişi ilə baxyalanır. Sağ arxa hissədə bir ədəd fiqurlu qapaqlı, kəsmə köbəli cib tikilir. Cib girişinin ölçüsü 14 sm, cib qapağının uclarda eni 3,5 sm, ortada isə 5,5 sm olur. Qapağın kənarları 0,5 sm enində bəzək tikişi ilə baxyalanır.
Cib bir asma ilgək və bir düymə ilə düymələnir. Kəmər tikilmədir, eni 4,5 sm-dir, ona yeddi ədəd körpücük tikilir. Kəmərin sağ tərəfi çıxıntılı, sol tərəfi isə bərabər tikilir, dəmir ilgək və qarmaqla bağlanır. Çıxıntı 1 ədəd ilgək və plastmas düymə ilə bağlanır. Şalvarın miyançası zəncirbəndlə bağlanır. Yan tikişlərə qırmızı mahuddan eni 0,3 sm olan kant tikilir. Kəmərin eni 4,5 sm olur. Yay şalvarı öz konstruksiyasına görə gündəlik geyim formasının şalvarı ilə eynidir, 40%-li yun parçadan tikilir.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2936