Tələbə qəbulunda ediləcək yeniliklərin bəzi detalları açıqlandı
12 sentyabr 2011 17:20 (UTC +04:00)

Tələbə qəbulunda ediləcək yeniliklərin bəzi detalları açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə APA-ya açıqlamasında bildirib ki, yeni modelin tətbiqi Azərbaycanın “Təhsil haqqında” qanununda da əksini tapıb: “Attestat qiymətlərinin nəzərə alınması, açıq testlərin istifadəsi yeni modeldə əksini tapacaq. Hazırda yalnız riyaziyyat fəndindən açıq testlər tətbiq olunur. Digər fənlərə də açıq testlər tətbiq olunacaq. Təbii ki, açıq testlər tətbiq olunacaqsa, onların yoxlanılma üsulları, bu testləri yazmaq da fərqli olacaq. Tədricən hər il müəyyən bir element qəbul prosesinə daxil olacaq”.


TQDK sədri deyib ki, 2011-2012-ci il qəbul ilinin elmi-statistik nəticələri müzakirə olunandan sonra bu il tətbiq olunacaq yeniliklər elan ediləcək. Amma yeni model tam şəkildə 2014-cü ildən tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar