Azərbaycanda tullantılarla bağlı strategiya hazırlanacaq
Lent.az-ın məlumatına görə, forumun yekunu olaraq Qəbələ bəyənnaməsi qəbul olunub.
Bəyənnaməyə görə, Azərbaycanda Davamlı Üzvi Çirkləndiricilər (DÜÇ) - pestisidlərin ekoloji təmiz məhv edilməsi ilə bağlı strategiya hazırlanacaq. Pestisidlərlə bağlı uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın strategiyası zəhərli kimyəvi maddə olan DDT-lərin və polixlorbifenillər-in (PXB) ekoloji təmiz kənarlaşdırılması, PXB-li avadanlıqların dəyişdirilməsi, Dioksin/Furonların və 9 yeni DÜÇ maddələrinin inventarlaşdırılması, kimyəvi maddələrin reyestrinin hazırlanmasını və bu prosesdə ictimaiyyətin, QHT-lərin, özəl sektorun və alimlərin fəal iştirakının təmin olunması nəzərdə tutur.
Bəyannamədə qeyd olunur ki, 2012-2015-ci illə ərzində Azərbaycan ərazisinin köhnəlmiş DÜÇ-pestisidlərindən tamamilə azad olunması imkanları gücləndiriləcək. Sənədi imzalayanlar Azərbaycanın yaxın 10-12 il ərzində Cənubi Qafqaz və Mərkəzi Asiya Ölkələri arasında Davamlı Üzvi Çirkləndiricilərin (DÜÇ) ekoloji təmiz idarə olunması sahəsində ən qabaqcıl mövqelərdən birinin tutacağı qənaətində olduqlarını vurğulayıblar.
Qeyd edək ki, sentyabrın 7-dən etibarən Qəbələdə keçirilən 11-ci Beynəlxalq Pestisid Forumunda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edib. Forum Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Beynəlxalq Pestisid Assosiasiyası (İHPA), Niderland Krallığı, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəz və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin (UBA) dəstəyi ilə keçirilib. 12-ci Beynəlxalq Pestisid Forumu isə 2013-də Sloveniyada keçiriləcək.

614