Avropanın 53 ölkəsinin səhiyyə işçiləri Bakıya gələcək
09 sentyabr 2011 13:47 (UTC +04:00)

Avropanın 53 ölkəsinin səhiyyə işçiləri Bakıya gələcək

Sentyabrın 9-da Bakıda Hyatt Regency otelində qarşıdan gələn Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyasıyla bağlı mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, sessiya 12-15 sentyabr tarixlərində Bakıda Gülüstan sarayında keçiriləcək.

Konfransda ÜST-nın Avropa üzrə regional ofisinin rəhbəri Syuzanna Yakab bu
sessiyaya ev sahibliyinin Azərbaycanın üzərinə düşdüyünü dedi: “Bizim məqsədimiz ölümcül xəstəliklər və sağlamlığın mühafizə isə bağlı 53 Avropa ölkəsinin təmsilçilərini Bakıya toplamaqla geniş müzakirələr keçirməkdir. Bir çox dövlət orqanları, o cümlədən sizin ölkəylə sazişlərimiz var. Bu qərarlar Tallin Xartiyası vasitəsilə təmin olunur. Amma sağlamlığın praktiki məsələlərinin ön plana çıxması üçün regional layihəmiz var. Bununla bağlı səhiyyə nazirinin müavini ilə müzakirələr apardıq”.

S.Yakab, qeyri-yoluxucu xəstəliklərlə bağlı “Sağlamlıq-2011” layihəsinə ən yaxşı dəstək verən ölkələrin qəbul ediləcək protokola daxil olacağını bildirdi və bu işə ciddi dəstək veriləcəyinə ümid ifadə etdi: “Bizim antibiotiklərlə bağlı araşdırmamız var. İndiyə qədər bu məsələ Avropada prioritet məsələ kimi qəbul olunmurdu. Bununla bağlı sessiyada ətraflı məlumat verəcəyik”.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev öz növbəsində tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunmasını böyük hadisə olduğunu bildirdi: “Sabah iştirakçı ölkələrin nümayəndə heyətləri gələcək. 400-ə qədər qonağın iştirak edəcəyi sessiyada bəzi ölkələr nazirlik səviyyəsində təmsil olunacaq. Ən önəmlisi, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çan şəxsən gələcək. Düşünürəm ki, bu sessiya bizim səhiyyəmizə müsbət töhfə verəcək. Çünki buna ölkə rəhbərliyi həm siyasi, həm də böyük maliyyə dəstəyi verib”.

Sonda ÜST-nın ictimaiyyətlə əlaqələr rəhbəri Viv Teylor Gi sessiyada iştirak edəcək jurnalistlərə öz tövsiyələrini verdi və sessiyanın BMT-nin qəbul olmuş 4 rəsmi dilində keçiriləcəyini bildirdi.

Nailə RÖVŞƏNQIZI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar