ARDNŞ-də namizədlərdə fərdi müsahibə olub
08 sentyabr 2011 18:38 (UTC +04:00)

ARDNŞ-də namizədlərdə fərdi müsahibə olub

ARDNŞ-in İnsan resursları departamentində şirkətin müsahibə qrupu “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə işə qəbul olmaq üçün müraciət edən və test imtahanından müvəffəqiyyətlə keçən namizədlərlə fərdi müsahibələr keçirib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, müsahibə bərabərlik, dəqiqlik, obyektivlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında təşkil olunub, namizədlərin öz fikirlərini tam dolğun ifadə etmələri, müraciət etdikləri vakansiya üzrə bilik, bacarıq və səriştələrini göstərmələri üçün şərait yaradılıb.

Vakansiyanın tələblərinə uyğun bilik və şəxsi keyfiyyətlərini müəyyənləşdirmək məqsədi ilə namizədlərə suallar verilib və cavablar diqqətlə dinlənilib. Müsahibənin nəticələri barədə məlumat rəsmi olaraq namizədlərin şəxsi e-mail ünvanlarına göndəriləcək. Müsahibədən uğurla keçən namizədlər tibbi müayinəyə göndərildikdən sonra sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə təlimatlandırılaraq işə başlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar