Mətbuat Şurası Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günündə dəyirmi masa keçirib - FOTO
Bu gün Azərbaycan Mətbuat Şurasında 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,
Giriş sözü ilə çıxış edən MŞ sədri Əflatun Amaşov tədbir iştirakçılarını media üçün əlamətdar sayılan gün münasibətilə təbrik edib. Ardınca ölkəmizin şəhid jurnalistlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ə.Amaşov bu gün MŞ İdarə Heyəti üzvlərinin və bir qrup media nümayəndəsinin şəhid jurnalistlərin məzarlarını ziyarət etdiklərini deyib və jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü barədə məlumat verib :”1943-cü ilin bu günündə o, faşistlər tərəfindən amansızlıqla qətlə yetirilib. Yulius Fuçik təkcə jurnalist deyil, eyni zamanda dövrünün görkəmli şairi, publisisti olub. Nəinki vətənindən, onun hüdudlarından kənarda da antifaşist ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınıb. 1958-ci ildə Beynəlxalq Jurnalist Təşkilatı Y.Fuçikin öldürüldüyü günü jurnalistlərin həmrəyliyi günü elan edib”.
Azərbaycan jurnalistlərinin taleyüklü məsələlərə münasibətdə də daim həmrəy olduqlarını vurğulayan MŞ sədri hazırda mediamızdakı bir çox problemlərin aradan qaldırılmasında da jurnalist həmrəyliyinə ciddi ehtiyacın duyulduğunu önə çəkib.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, müstəqilliyin ötən 20 ilində ölkə mediasının həmrəy əldə etdiyi ən böyük dəyər söz azadlığı olduğunu deyib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli müstəqilliyin ilk illərində qəzet buraxmağın olduqca çətin peşə olduğunu vurğulayıb və senzura şəraitində mətbu orqanların V.Səfərli rəhbərlik etdiyi qurumun gördüyü işlər və perspektiv vəzifələri ilə bağlı məlumat verib.
İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli jurnalist həmrəyliyindən söhbət açılarkən Azərbaycan qələm sahiblərinin daha çox özlərinin həmrəy olmaq zəruriyyətindən danışıb: “Çünki əksər vaxtlarda dünya jurnalistləri bizimlə həmrəy olmurlar. Onların tutduqları yol mövqe və mənafelərimizə zidd olur. Bu mənada öz həmrəyliyimizi tutarlı alternativ kimi ortaya qoymağı bacarmalıyıq”.
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu toplantı iştirakçıları adından «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılması tələbilə müvafiq qurumlara müraciət ünvanlamasını təklif edib. R.Arifoğlu MŞ-nın yaranmasının jurnalist həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirib. O, Şuranın mətbuatın daha geniş spektrini əhatə etməsinin vacibliyini önə çəkib və bunu qurumun nüfuzunun və təsir dairəsinin artırılması baxımdan əhəmiyyətli sayıb.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxışında son zamanlar bir qrup jurnalistin Redaktorların Birliyinin bərpası ilə bağlı irəli sürdüyü təşəbbüslərdən danışıb və media təmsilçilərinin öz narazılıqlarının və fikirlərinin ifadəsində Mətbuat Şurasının ətrafında toplaşmalarının daha səmərəli olduğunu vurğulayıb.
Azəri Press Agentliyinin (APA) baş direktoru, MŞ İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı KİV rəhbərlərinin müxtəlif qruplarda birləşərək media ilə bağlı məsələlər haqqında diskussiyalar aparmasını müsbət məqam kimi xarakterizə edib.
V.Mahirqızı çıxışında təkliflərini də səsləndirib: “İki təklifim var. Bir vaxtlar Mətbuat Şurası dövlət qurumlarının mətbuat xidmətlərinin təmsilçiləri ilə görüşlər təşkil edirdi. İstərdik ki, bu ənənə bərpa edilsin. Çünki həmin görüşlərin müsbət nəticələrini hiss edirdik. Hazırda informasiya əldə edilməsi ilə bağlı problemlər var. Əvvəllər jurnalistikada çalışmış şəxslərin hazırda rəhbərlik etdikləri mətbuat xidmətlərinin işində müsbət meyllər gözə çarpsa da, bir çox başqaları haqqında eyni sözü söyləmək mümkünsüzdür”.
V.Mahirqızı eyni zamanda dövlət qurumlarının məsul şəxsləri ilə KİV rəhbərlərinin görüşünün təşkilini də vacib sayıb: “Bu, strateji məsələlərə münasibət baxımından önəmlidir. Baş redaktorların dünya miqyasında Azərbaycanın mənafeyi ilə bağlı məsələlərdən, ayrı-ayrı detallardan xəbərdar olmaları vacibdir. Buna xidmət edən görüşlər qapalı da keçirilə bilər. Əsas şərt medianın düzgün fəaliyyət strategiyasının müəyyənləşməsidir”.
Tədbirdə Şura adından mərhum jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmasının sürətləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlanması qərara alınıb. Eyni zamanda dövlət qurumlarının mətbuatla işə məsul şəxslərinin jurnalistlərlə görüşünün təşkili üçün əməli tədbirlərin təşkili razılığına gəlinib.

721