Rezidenturaya sınaq imtahanına yazılış başa çatdı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 10-da baza fənləri üzrə, sentyabrın 11-də isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahana yazılış internet vasitəsilə sentyabrın 2-dən sentyabrın 8-dək (saat 12:00-dək) aparılıb və 656 namizəd qeydiyyatdan keçib.
Qeyd edək ki, sınaq imtahanı Bakı şəhərində keçiriləcək.

535