Şərurda aparılan arxeoloji qazıntılar sentyabrın 20-də bitəcək
Naxçıvan arxeoloji ekspedisiyası Şərur rayonu ərazisində yerləşən Ovçular təpəsi qədim yaşayış yerində qazıntı işləri sentyabrın 20-dək davam edəcək. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, arxeoloji qazıntılar Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə keçirilir.
Məlumata görə, ərazidə aparılan tədqiqatlar zamanı yaşayış yerində məskunlaşan qədim insanların həyat tərzi ilə bağlı yeni faktlar aşkar olunub. E.ə. V minilliyin sonunda burada məskunlaşan insanların dördkünc formalı yarımqazma tipli evlərdə yaşadıqları, daha sonra isə təpə qazaraq səki şəklində çoxotaqlı evlər tikdikləri müəyyən edilib.
Aparılan tədqiqatlar zamanı çoxotaqlı evlərin həyətlərin ətrafında toplanmış halda, onların yaxınlığında isə təsərrüfat anbarları tikildiyi aşkarlanıb. Bununla belə hər bir evin özünə aid təsərrüfat küpləri, quyuları və iş yerləri olunub: “Ərazidə aparılan geniş tədqiqatlar göstərir ki, torpaq axınının qarşısını almaq üçün iri daşlardan dəstək divarları da inşa edilib”.
Qeyd edək ki, aparılan qazıntılar zamanı körük ucluğunun aşkar olunması bu yaşayış yerinin əsas metalişləmə mərkəzlərindən biri olduğu müəyyənləşib. Aparılan araşdırmalar Ovçular təpəsində cəmiyyətin qəbilə icmasının dağılması ərəfəsində olduğunu göstərib.

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46