Bulvardakı “Venesiya” yaxın günlərdə sakinlərinin istifadəsinə veriləcək
Bakı Dənizkənarı Milli Parkında uzun müddətdir təmirə qapadılan “Venesiya” su hövzəsi yaxın günlərdə paytaxt sakinlərinin istifadəsinə veriləcək. Bunu Lent.az-a açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi Nazim Məcidov deyib.
N.Məcidov 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision” musiqi yarışmasına qədər Milli Park ərazisinin Əl Oyunları sarayından Dövlət Bayrağı meydanı istiqamətində 2 km genişləndirilməsi üçün işlərə start verildiyini dedi: “Həmin ərazidə rahat və gözəl döşəmə salınacaq. Bu döşəmə bütün bulvar boyu salınan döşəməylə eynilik təşkil edərək bulvarın davamı olacaq. Səki boyunca isə yaşıllıq zolaqları salınacaq. Kölgə üçün xaricdən gətirilmiş qeyri-adi, həmçinin respublikamızda geniş yayılmış ağacların əkilməsi planlaşdırılır”.
N.Məcidov həmin ərazidə yerləşən restoran və kafelərin taleyinin hələlik müzakirə mövzusu olmadığını dedi: “Amma 20-ci sahə və Bayılda yaşayan insanların bulvara ayaqla gəlib-getmələri üçün rahat şərait yaratmağa çalışacağıq”.
Dənizkənarı Bulvar İdarəsinin rəisinin sözlərinə görə, bulvar ərazisində yerləşən estakadanın 100 metr uzadılması planlaşdırılıb: “Estakadanın uzunluğu əvvəl 450 metr idi, indi 550 metr olacaq”.
N.Məcidov dənizin ortasında 8 guşəli ulduz formasında dərin estakadalar tikiləcəyini dedi: “Ulduzun 7 çıxışının uzunluğu 40 metr olacaq. Mərkəzində isə hələlik adını müəyyənləşdirməyimiz restoran tikiləcək”.
Bulvar İdarəsinin rəisi Dənizkənarı Milli Parkın Nobel prospekti, Zığa tərəf genişlənməsi məsələsinin gündəmdə olmadığını qeyd etdi: “Bu ərazidə çox sayda ictimai iaşə obyektləri var, bunların hamısını köçürmək məsələsi var. Əlavə edim ki, hazırda Əmlak Komitəsinin əməkdaşları həmin ərazilərdə hesablamalara başlayıb. Reviziya işləri aparırlar. Amma bu məsələnin 10 ilin planı olaraq nəzərdə tutulub”.
Nailə Rövşənqızı

1169