Kardiocərrahlarımıza Belarus mütəxəssisləri təlim keçir
07 sentyabr 2011 16:06 (UTC +04:00)

Kardiocərrahlarımıza Belarus mütəxəssisləri təlim keçir

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Belarusun aparıcı mütəxəssisləri Azərbaycan kardiocərrahlarına mühazirə keçəcək.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, 5-20 sentyabr tarixlərində Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Belorusun Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri azərbaycanlı müdavimlər üçün elmi-praktiki seminarlar, master-klasslar və mühazirələr keçəcəklər.

Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin bazasında təşkil olunacaq təlimlər kardiocərrahiyyənin aktual məsələlərinə həsr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar