Türkiyə-İsrail böhranı Təl-Əviv-Bakı təyyarə reyslərini də “vuracaq”
Lent.az-ın “Haarets” qəzetinə istinadən verdiyi məlumata görə, İsrailin “El-Al” aviaşirkəti Türkiyənin İsrail aviadaşıyıcılarına Türkiyə ərazisi üzərindən uçmağın qadağan ediləcəyindən qorxur.
Şirkət rəsmiləri bildiriblər ki, əgər Türkiyə hava məkanını İsrail aviaşirkətləri üçün bağlasa, “El-Al” şirkətinin təyyarələrinin Azərbaycan, Qazaxıstan, Gürcüstan kimi keçmiş sovet ölkələrinə, Yaxın Şərq dövlətlərinə, o cümlədən Çin və Tailanda uçmaları üçün böyük dairə cızmaları qaçılmaz olacaq. Yəni hava yolu kifayət qədər uzanacaq. Bu isə təyyarələrin daha çox yanacaq işlətməsinə və son nəticədə də biletlərin bahalaşmasına yol açacaq.

636