“Aktivia” adlı məhsullarının reklamlarında problem aşkarlanıb
07 sentyabr 2011 11:17 (UTC +04:00)

“Aktivia” adlı məhsullarının reklamlarında problem aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mövcud qanunvericiliyin tələblərinə əsasən, reklam olunan əmtəənin sertifikatlaşdırılması və reklam yayımının “mütləq sertifikatlaşdırılmalıdır” yazısı ilə müşayiət edilməsi zəruri olduğu halda, “Danon” MMC-nin “Aktivia” adlı məhsullarının reklamlarında məhsulun sertifikatlaşdırılması barədə məlumatın göstərilmədiyi aşkarlanıb.

Dövlət Xidməti tərəfindən təsərrüfat subyektinə müvafiq göstəriş verilib, yol verilmiş qanun pozuntuları aradan qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar