Bakıda bal yarmarkası keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 20-dən oktyabrın 5-dək Bakıda Bal və arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək.
Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Xətai rayonunun ərazisində, “Əhmədli” metrosunun yaxınlığında («Bakı» kinoteatrının qarşısında) keçiriləcək yarmarkada 42 rayondan arı təsərrüfatı və yüksək keyfiyyətli bal məhsulu olan 150 nəfər arıçı iştirak edəcək. Yarmarkaya hər rayondan 3-5 nəfər arıçı dəvət olunacaq. Yarmarkanın devizi hər il olduğu kimi bu il də «Arım, balım, pətəyim»dir. Buna görə də sərgi-yarmarka ötən illərdə olduğu kimi məşhur türk filminin «Arım-balım pətəyim» mahnısının sədaları altında keçiriləcək.
Nazirlikdən bildirilib ki, əvvəlki illərdə bəzi arıçıların yarmarkaya saxtalaşdırılmış bal gətirərək satmağa çalışması müəyyən olunub. Bunlar nəzərə alınaraq yarmarkaya satış üçün gətirilən arıçılıq məhsullarının hamısının keyfiyyəti dəyəri ödənilmədən respublika baytarlıq laboratoriyasında yoxlanılacaq və keyfiyyət sertifikatı veriləcək. Keyfiyyətsiz bal satışa çıxarılmayacaq. Ümumilikdə yarmarkada 400 ton bal satılması gözlənilir.
Arıçıların və ziyalıların təklifləri nəzərə alınaraq, yarmarkada sağlam balın qiyməti tənzimlənəcək. Bir kiloqram balın 15 manata satılması nəzərdə tutulur. Bu qiymətlə razılaşmayan arıçılar yarmarkaya buraxılmayacaq.
«Yarmarkada yalnız Azərbaycanda istehsal olunan bal satılacaq. Digər ölkələrdə, xüsusilə İranda istehsal olunan bal məhsulunun yarmarkada satışına imkan verilməyəcək», - deyə nazirlikdən bildirilib.
Rəşad

1898