Mətbuat Şurası Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı tədbir keçirəcək
06 sentyabr 2011 17:11 (UTC +04:00)

Mətbuat Şurası Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı tədbir keçirəcək

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, sentyabrın 8-də keçiriləcək tədbirə ölkənin tanınan, ictimai fikrə təsir göstərən media orqanlarının, jurnalist birliklərinin nümayəndələri və ekspertlər qatılacaqlar.

Toplantıda Azərbaycan jurnalistikasının hazırkı durumu, problemləri və perspektiv vəzifələri ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində bununla bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü ilin sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çex jurnalisti Yulius Fuçikin xatirəsinə təsis olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar