Misir Mərdanov: “Yaşamaq üçün yaxşı pulun olmalıdır”
06 sentyabr 2011 14:50 (UTC +04:00)

Misir Mərdanov: “Yaşamaq üçün yaxşı pulun olmalıdır”

Lent.az-ın məlumatına görə, nazir ölkədə müəllimlərin əmək haqlarının az olduğunu deyib: “Bizim əl üstə gəzdirməyə layiq müəllimlərimiz var. Amma imkanı olan müəllim 200 manat maaşa məktəbdə işləmək istəməz. Finlandiyada müəllimlərin start maaşı 2 min manatdır”.

Nazir bu məsələnin təhsilin çox ciddi problemi olduğunu söyləyib: “Müəllim tanıyıram ki, evinin 2 otağına partalar düzüb, məşğələ keçir. Nə etsin? Bazar iqtisadiyyatıdır. Yaşamaq üçün yaxşı pulun olmalıdır”.

M.Mərdanov Azərbaycan ali məktəblərinin heç birinin adının dünyada ən yaxşı 100 universitet siyahına daxil olmadığını deyənlərə isə belə cavab verib: “Moskva Dövlət Universitetini dünyanın ən yaxşı 100 universiteti siyahısına daxil etmirlərsə, onda Azərbaycanın ali məktəbləri barədə bunu deyən insanların, sadəcə, savadı yoxdur”.

Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232

Oxşar yazılar