Salyan rayonunun içməli su təminatının yaxşılaşdırılması üçün 800 min manat ayrıldı
Lent.a-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Salyan rayonunun 6,1 min nəfər əhalisinin yaşadığı Dayıkənd, Seyidlər, Beştalı, Şorsulu yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 800 min manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
434