Bir qrup azərbaycanlı həkim Almaniyaya və Türkiyəyə göndərilib
Lent.az-ın nazirliyin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, öncə 24 gənc həkim ilin əvvəlində üç aylıq ixtisasartırma kurslarında iştirak etmək üçün Almaniyaya yola düşüblər. Avqust ayında yola düşən 35 gənc mütəxəssis qrupu Türkiyə klinikalarında üç aylıq kurs keçəcəklər.
Qeyd edək ki, xarici ölkələrdə yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, tibb mütəxəssislərinin, o cümlədən gənc kadrların xarici ölkələrdə ixtisaslarının artırması, müxtəlif ölkələrin nüfuzlu klinikalarında və universitet-klinikalarda səhiyyənin prioritet sahələri üzrə ixtisasartırma istiqamətində işlər davam etdiriləcək.

499