Bayılda sürüşmə təhlükəsi ilə bağlı konsepsiya hazırlanır
APA-nın xəbərinə görə, bu barədə Dövlət Fövqəladə Hallar Komissiyasının sədri, Azərbaycan baş nazirinin müavini Abid Şərifov məlumat verib. O, vəziyyətin araşdırılaraq, lazımi tədbirlər görülməsi məqsədilə komissiya yaradıldığını bildirib: “Hazırda konsepsiya hazırlanır. Konsepsiya yamacla bağlı gələcəkdə tam olmasa da, qlobal miqyasda ehtimal edilən təhlükənin qarşısının necə alınması ilə bağlıdır. Artıq ərazidə lazımi qədər quyu qazılıb. Biz bir sıra qurumları, o cümlədən Respublika Seysmoloji Xidmətini prosesə cəlb etmişik. Gələn həftənin çərşənbə axşamı Seysmoloji Xidmət, həmçinin geoloqlar öz hesabatlarını təqdim edəcəklər. Həmin hesabatdan bəlli olacaq ki, yer kütləsində hansı dəyişikliklər baş verir. Həmçinin quyularda, qruntlarda hansı dəyişikliklərin əmələ gəldiyi məlum olacaq. Bir sözlə, sürüşmə müstəvisi təyin olunacaq”.
Növbəti 10 gündə əlaqədar sahənin mütəxəssisləri təkliflərini hadisə ilə əlaqədar yaradılmış komissiyaya yazılı şəkildə təqdim edəcəklər. A. Şərifov bildirib ki, təxminən 15-20 gündən sonra isə təkliflər ümumiləşdirilərək ümumi razılaşdırılmış təkliflər hazırlanacaq.
A. Şərifov hazırda ərazidə zəruri işlərin görüldüyünü də söyləyib: “Çatlar olan yerlər gillə doldurulur, izolyasiya edilir. Sürüşmənin əsas səbəblərindən biri sürüşmə müstəvisinə yağış və yaxud qrunt sularının gəlməsidir ki, bununla bağlı da tədbirlər görülür. Hazırda bununla bağlı betondan suötürücü kanallar tikilir ki, yağış suları torpağa hopmasın, birbaşa kollektora axsın”.

641